22 Fevral 2018 16:10
2 394
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ötən il dekabrın 22-də İstanbulda güllələnən David Alxanaşvilinin (kriminal aləmdə Dato Pankisski kimi tanınırdı) qətli ilə bağlı yeni təfərrüatlar məlum olub.

Teleqraf.com primecrime.ru-ya istinadla xəbər verir ki, araşdırmalar zamanı qətlin Ermənistan vətəndaşı, kriminal avtoritet Zap Leninakanski ləqəbli Andranik Soqoyan tərəfindən törədildiyi məlum olub. Qətlin sifarişçiləri isə hazırda həbsdə olan Şakro Molodoy ləqəbli kriminal avtoritet və onun bacısı oğlu Dato Osmanov olub.

Ancaq bəziləri bu qətlin azərbaycanlı kriminal avtoritet, Lotu Quli ləqəbli Nadir Səlifov tərəfindən sifariş edildiyini iddia edib. Çünki hadisə baş verən zaman Quli ilə çeçen mafiası arasında ciddi fikir ayrılığı mövcud idi. Alxanaşvili də milliyətcə çeçen idi. Lakin Lotu Qulinin beynəlxalq axtarışdan gizlənmək üçün yerləşdiyi İstanbulda Alxanaşvilini öldürmək üçün heç bir əsası olmayıb. Sirr deyil ki, hazırda Türkiyə polisinin bütün diqqəti Lotu Qulinin üzərindədir. Demək olar ki, hər həftə Lotu Qulinin qaldığı ev polis tərəfindən yoxlanılır.

Bu arada Zapın Lotu Qulinin düşmənləri ilə yaxınlaşması ilə bağlı məlumatlar yayılıb. Bildirilir ki, İstanbulda öldürülən azərbaycanlı kriminal avtoritet Rövşən Lənkəranskinin qardaşı Namiq Caniyev və “qanuni oğru” Zaur Əhmədov ötən həftə Zapla görüşüblər. Görüş zamanı Zapa Lotu Qulinin qətlinin sifariş edildiyi istisna olunmur.


Müəllif: Sara

Oxşar xəbərlər