7 Avqust 2014 11:05
1 345
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xəzər rayonunda dəhşətli hadisə baş verib.

Bu barədə Teleqraf.com-a Xəzər rayon Polis İdarəsindən məlumat verilib.

Məlumata görə, hadisə Şüvəlan çimərliyində qeydə alınıb. 2000-ci il təvəllüdlü Aydan Fərziyeva, 2001-ci il təvəllüdlü Hüseyn Fərziyev, 2004-cü il təvəllüdlü Kamalə Rəcəbova, onun iki qardaşı 2006-cı il təvəllüdlü Elgün Rəcəbov, 2008-ci il təvəllüdlü Fariz Məmmədli dənizdə çimərkən boğulublar.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin xilasetmə qüvvələri cəlb olunub. Aydan Fərziyeva, Kamalə Rəcəbovanın meyiti sudan çıxarılıb.

Digər azyaşlıların meyitlərinin tapılması üçün axtarışı istiqamətində tədbirlər davam etdirilir.

Hacı Zeynalov


Müəllif: