25 Fevral 2018 21:28
975
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Qaradağ rayonunda bıçaqlanma hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, Səngəçal qəsəbəsində 1987-ci il təvəllüdlü Söhbət Məmmədov tanımadığı şəxslə əlbəyaxa dava edib.

Dava zamanı o, döş qəfəsindən bıçaqlanıb.

Yaralı 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Faktla bağlı Qaradağ rayon Polis İdarəsində cinayət işi başlanıb.


Müəllif: Hacı Zeynalov