25 Fevral 2018 17:36
943
12 Punto 14 Punto 16 Punto 18 Punto

Beyləqan rayonunda baş verən iki oğurluq cinayətinin üstü açılıb.

Teleqraf.com xəbər verir ki, Beyləqan rayon sakini Sərman Həsənov ötən ilin mart ayında polis şöbəsinə müraciət edərək 41 baş qoyununun oğurlandığı barədə məlumat verib.

Məlumatla əlaqədar Beyləqan rayon polis şöbəsində cinayət işi açılıb, əməliyyat-axtarış tədbirləri aparılıb.

Davam etdirilən əməliyyat tədbirləri ilə qoyunları oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb. Araşdırmalarla onun Beyləqan rayon sakini Kəmaləddin Vəliyev olduğu müəyyən edilib.

Bundan başqa, Beyləqan rayon polis şöbəsinin əməkdaşları tərəfindən fevral ayında daha bir uğurlu əməliyyat tədbiri keçirilib.

Belə ki, Ağcabədi və Beyləqan rayonları ərazisindən ayrı-ayrı vaxtlarda 27 baş qoyun oğurlamaqda şübhəli bilinən Rahil Zülfüqarov da saxlanılıb.

Dindirilmə zamanı hər iki şəxs oğurladıqları qoyunları dəyərindən ucuz qiymətə satdıqlarını etiraf edib.

Hər iki faktla bağlı araşdırmalar davam etdirilir.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər