Bakıda oğurluqla məşğul olan şəxsin həbs edilməsi üçün əməliyyat tədbirləri həyata keçirilib.
Teleqraf.com xəbər verir ki, Nərimanov rayon Polis İdarəsinin 16-cı polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Kürdəmir rayon sakini, əvvəllər məhkum olunmuş Samir Salmanov saxlanılıb.
O, fevralın 12-də S.Amanovaya məxsus yardımçı təsərrüfatlardan birindən oğurluğa cəhd göstərib, habelə ona məxsus anbardan məişət əşyaları oğurlayıb.
Ətrafında aparılan tədbirlərlə onun Cinayət Məcəlləsinin 177-ci (oğurluq) maddəsi ilə axtarışda olması da müəyyən edilib.