Bakının Səbail rayonunda oğurluq hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, rayon ərazisindəki evlərin birindən 300 manat və 5000 rubl oğurlanıb.
Səbail rayon Polis İdarəsinin 8-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri Ramil Xəlilzadə və Ümid Aslanov saxlanılıblar.
İstintaq araşdırması zamanı Ramil Xəlilzadənin əvvəllər məhkum olunduğu üzə çıxıb.
Faktla bağlı cinayət işi başlanıb.