Göygöl rayonunda baş verən bıçaqlanma hadisəsinin təfərrüatı məlum olub.
Teleqraf.com xəbər verir ki, rayon sakini, 1959-cu il təvəllüdlü Mötəbər Yusibova qarının kəsilmiş-deşilmiş yarası xəsarəti ilə xəstəxanaya yerləşdirilib.
O dərhal əməliyyat olunub,vəziyyətinin orta ağır olduğu bildirilir.
Məlumata görə, Mötəbər Yusibova oğlu, 1998-ci il təvəllüdlü Zaur Əsgərov tərəfindən bıçaqlanıb.
Polisin keçirdiyi əməliyyat nəticəsində cinayəti törətməkdə şübhəli bilinən Zaur Əsgərov həbs edilib. O, ilkin dindirilmə zamanı törətdiyi cinayəti etiraf edib.
Zaur Əsgərov bildirib ki, hər gün spirtli içki içməsinə anası etiraz edib. O bildirib ki, içki almaq üçün anasından pul istəyirmiz: “Tez-tez anamdan pul istəyirdim, o da mənə pul vermirdi. Deyirdi ki, pulum yoxdur. Mən də içki almaq üçün pul tapa bilmirdim. Buna görə də anamla aramızda tez-tez mübahisə yaranırdı”.
Hadisə baş verən günü içkili evə gəldiyini deyən Zaur Əsgərov deyib ki, anası ilə yenidən mübahisə edib: “Mübahisə zamanı stolun üstündən götürdüyüm bıçaqla anamı vurdum”.
Məlumata görə, zərərçəkmiş Mötəbər Yusibova bir neçə il əvvəl də əri tərəfindən bıçaqlanıb.
Faktla bağlı cinayət işi başlanıb.