Abşeron rayonunda oğurluq hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, rayon ərazisindəki evlərin birindən 400 manat və 10.000 manat dəyərində qızıl əşyalar oğurlanıb.
Abşeron rayon Polis İdarəsi əməkdaşlarının əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Quba rayon sakini Elmi İsayev saxlanılıb.
Onun əvvəllər məhkum olunduğu üzə çıxıb.
Faktla bağlı cinayət işi başlanıb.