7 Avqust 2014 12:26
853
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Binəqədi rayonunda ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.

Bu barədə Teleqraf.com-a Bakı şəhər Baş Polis İdarəsindən məlumat verilib.

Məlumata görə, hadisə rayonun Biləcəri qəsəbəsi, Asəf Zeynallı küçəsində qeydə alınıb. Bakı şəhər sakini Cahid Hidayətovun idarə etdiyi “Zil” markalı yük maşını ilə yolu keçən Elşən Ələkbərovu vurub.

Elşən Ələkbərov aldığı xəsarətdən hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

Hacı Zeynalov


Müəllif: