28 Fevral 2018 14:44
1 463
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda qadını şantaj etməkdə təqsirli bilinən Ağcabədi rayon sakini Rakif Quliyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Ramella Allahverdiyevanın sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

Rakif Quliyev 2 il müddətinə azadlıqdan məhrum edilib.

İttihama görə, Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən Ağcabədi rayon sakini Rakif Quliyev həbs edilib.

Rakif Quliyev sosial şəbəkədə Bakı şəhər sakini Əfsanə Babayeva (ad və soyad şərtidir – red.) ilə tanış olub. Tanışlıq sevgi münasibətlərinə çevrilib. Onlar sosial şəbəkədə biri-birlərinə şəkillər göndəriblər. Əfsanə Babayeva lüt şəkillərini də yollayıb.

Rakif Quliyev lüt şəkilləri yayacağını və Əfsanəni rüsvay edəcəyi ilə hədələyib, pul tələb edib. Qadın Rakif Quliyevə bir neçə dəfə pul verib.

Sonda Rakif Quliyev Əfsanədən 3 min dollar tələb edib. Qadın əvvəlcə bütün qızıllarını satıb, 3 min dollar düzlədib. Sonra şantaj olunması ilə bağlı Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə müraciət edib.

Mətbuat prospektində Rakif Quliyev 3 min dolları Əfsanə Babayevadan alarkən yaxalanıb və həbs edilib.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər