Bakının Xətai rayonunda oğurluq olub.
Teleqraf.com xəbər verir ki, rayon ərazisindəki avtoyuma məntəqələrinin birində işləyən Bakı şəhər sakini Mail Paşayevin içərisində 100 manat və sənəd olan pulqabısı oğurlanıb.
35-ci polis bölməsi əməkdaşları tərəfindən cinayəti törətməkdə şübhəli bilinən Abşeron rayon sakini Qılman Dadaşov saxlanılıb.