Abşeronda bıçaqlanma hadisəsi baş verib.
Məlumata görə, hadisə Abşeron Gənclər Şəhərciyində qeydə alınıb.
1984-cü il təvəllüdlü Zalova Kəmalə Zakir qızı 17 yaşlı oğlu tərəfindən 4 bıçaq zərbəsi alıb. Yaralı xəstəxanaya yerləşdirilib, onun vəziyyəti ağırdır.
Faktla bağlı Abşeron Rayon Polis İdarəsinin əməkdaşları hadisə yerinə cəlb olunub. (Report)