Göygöl rayonunda arvadını və qayınanasının xüsusi amansızlıqla öldürməkdə təqsirli bilinən 1980-ci il təvəllüdlü Zaur Əliyevin cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
Teleqraf.com xəbər verir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Kəramət Əliyevin sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
İttihama görə, ötən il avqustun 17-də Göygöl rayonunun Yeni Qızılca kəndində Gəncə şəhər sakini Zaur Əliyev münaqişə zəminində 1989-cu il təvəllüdlü arvadı Günel Əliyevanın boğazını bıçaqla kəsib, sonra isə 1964-cü il təvəllüdlü qayınanası Hökümə Əliyevaya bıçaqla xəsarət yetirib.
Günel hadisə yerində, Hökümə isə xəstəxanaya aparılarkən yolda ölüb.
Zaur Əliyev könüllü olaraq Gəncə şəhər Baş Polis İdarəsinə gələrək istintaqa təslim olub.
Məlum olub ki, Zaur Əliyevin həyat yoldaşı Günel onun doğma xalası qızı olub.
Zaurun ailəsi 2007-ci ildə Gəncə şəhərindən Göygöl rayonunun Qızılca kəndinə köçüb. Zaur valideynləri ilə birgə yaşayıb. O, atası ilə birgə günəmuzd olaraq elektrik və bənna işləyib. Bu səbəbdən çox vaxt ata və oğul evə axşam saatlarında gəlib. Günel Əliyeva isə evdə çox vaxt iki azyaşlı övladı və qayınanası ilə birgə olub.
Günelin qayınanası qohumu evinə gedəndə isə o, evə başqa bir kişi gətirib. Hadisədən bir gün əvvəl Zaur öz həyat yoldaşının başqasıya görüşməsi ilə bağlı eşitdiklərinə aydınlıq gətirmək üçün həm xalası, həm də qayınanası olan Minayə Əliyevanı evinə çağırıb.
Hadisə baş verən zaman evdə onların 1 və 2-ci sinifdə oxuyan uşaqları, Zaurun anası və atası da olub. Zaurla həyat yoldaşı arasında qısqanclıq zəminində mübahisə yaranıb. Bu zaman Zaur mətbəx bıçağı ilə Günelin başını kəsərək bədənindən ayırıb. Hadisədən dəhşətə gələn Minayə Əliyeva qızının öldüyün görərək Zaurun üstünə atılıb. Zaur isə qayınanasına bir neçə bıçaq zərbəsi vuraraq yaralayıb. Günel hadisə yerində, azyaşllı övladlarının gözü qarşısında ölüb.
Hadisədən sonra Zaur polisə zəng vuraraq hadisəni törətdiyini bildirib və könüllü olaraq təslim olub.
Zaur Əliyev ilkin dindirmələr zamanı arvadı Günel Əliyevanı namus üstündə, qayınanası, Tovuz rayon Əlimərdanlı kənd sakini Minayə Əliyevanı isə həyat yoldaşını döyən zaman onları ayırmaq məqsədi ilə araya girərkən təsadüfən vurduğunu deyib: “Çox söz-söhbət gəzirdi. Ona görə bezmişdim. Həyat yoldaşıma xəbərdarlıq edərək belə bir şey olsa, onu öldürəcəyimi demişdim. Başqa çıxış yolum yox idi. Artıq yoldaşımın çıxardığı oyunları bütün kənd bilirdi.
Mən fəhlə kimi əzab-əziyyətlə çörək pulu qazanırdım ki, arvadım başqaları ilə gəzsin? Onu namus üstündə, başqası ilə gəzdiyi üçün öldürmüşəm”.
İstintaq orqanı tərəfindən Zaur Əliyevə Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) və 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürmə) maddələri ilə ittiham elan edilib.
Növbəti proses martın 2-də davam edəcək.