Gəncə şəhərində oğurluq olub.
Teleqraf.com xəbər verir ki, şəhərin Nizami rayonunda Bakı şəhər sakini olan bir qadının çantasından içərisində 830 manat olan pulqabı oğurlanıb.
Zərərçəkmiş oğurluq hadisəsi ilə bağlı Nizami (Gəncə) rayon Polis İdarəsinə müraciət edib.
Əməliyyat-axtarış tədbirləri nəticəsində Gəncə şəhər sakini Səlfinaz Həsənova saxlanılıb.
İstintaq araşdırması zamanı onun əvvəllər məhkum olunması üzə çıxıb.
Faktla bağlı cinayət işi başlanıb.