6 Mart 2018 16:24
1 115
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müsəlman Birliyi Hərəkatının həbsdə olan koordinatoru Əhsən Nuruzadənin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbuhi Hüseynovun sədrliyi ilə baş tutan prosesdə hökm oxunub.

Əhsən Nuruzadə 7 il müddətinə azadlıqdan məhrum edilib.

İttihama görə, Əhsən Nuruzadə ötən il oktyabrın 6-da Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həbs olunub.

O, Cinayət Məcəlləsinin 234.4.3-cü (satış məqsədi ilə külli miqdarda narkotik əldə etmə, saxlama) maddəsi ilə ittiham edilir.

İstintaq sənədlərinə görə, onun üzərindən 14.775 qram heroin tapılıb.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər