Zərdab rayonunda oğurluq olub.
Teleqraf.com xəbər verir ki, martın 5-nə keçən gecə şahmat məktəbinin anbarından 10 ədəd kompüterin oğurlanması barədə Zərdab rayon polis şöbəsinə məlumat daxil olub.
Əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən şəhər sakini Emil Qasımov saxlanılıb.