6 Mart 2018 23:57
749
12 Punto 14 Punto 16 Punto 18 Punto

Daxili İşlər Nazirliyi paytaxtda və regionlarda baş vermiş oğurluq və soyğunçuluq hadisəsi barədə məlumat yayıb.

Teleqraf.com xəbər verir ki, paytaxtın Xəzər rayonunda bir qadınının mobil telefonunun əlindən alınması barədə 1-ci polis bölməsinə məlumat daxil olub.

Əməliyyat tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən paytaxt sakini Aydın Hacıyev saxlanılıb.

Martın 4-də Qaradağ rayonunda V.Həmidovanın içərisində 41 manatı olan çantasını soyğunçuluq yolu ilə almaqda şübhəli bilinən Bakı şəhər sakini Ömər 38-ci polis bölməsinin əməkdaşları tərəfindən tutulub.

Bundan başqa, ötən il oktyabrın 29-da Bakı şəhər sakini Coşqun Hüseynovun mobil telefonunu oğurlamaqda şübhəli bilinən paytaxt sakini Heydər Qəniyev Xətai rayon Polis İdarəsinin 35-ci polis bölməsinin əməkdaşları tərəfindən saxlanılıb.

Fevralın 11-də və 22-də Bakı şəhər sakinləri Rasim Xəlilova məxsus “Hyundai” və Fuad Xalxaliyə məxsus “TOFAŞ” markalı avtomobillərdən noutbuk oğurlanıb. Oğurluğu törətməkdə şübhəli bilinən Neftçala rayon sakini Nurəddin Qarayev Nəsimi rayon Polis İdarəsinin 22-ci polis bölməsinin əməkdaşları tərəfindən saxlanılıb.

Fevralın 23-də Bərdə rayon sakini Elnur Hümbətova məxsus sexdən 100 kiloqram mis oğurlanıb. Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Yevlax rayon sakini Ceyhun Əliyev saxlanılıb.

Bərdə rayonunda martın 1-də soyğunçuluq hadisəsi baş verib. Rayon sakini Musa Qurbanovun 180 manatını soyğunçuluq yolu ilə almaqda şübhəli bilinən Güloğlular kənd sakini Eldəniz İsayev tutulub.

Sabirabad rayonunda da oğurluq hadisəsi baş verib. Rayon sakini Nəriman Soltanovun mobil telefonunu oğurlanması barədə polis şöbəsinə məlumat daxil olub.

Polis əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Şəhriyar kənd sakini Hacı Əmiraslanov həbs edilib.

Fevralın 25-də Gəncə şəhərindəki mağazaların birindən 55 manat və tütün məmulatı oğurlanıb. Oğurluğu törətməkdə şübhəli bilinən şəhər sakini Sərdar Pənahov və Bakı şəhər sakini Aydın Həsənov Kəpəz RPİ-nin əməkdaşları tərəfindən saxlanılıblar.

Martın 3-də Bərdə rayonunun Cəyirli kəndindəki evlərin birindən 700 manat oğurlamaqda şübhəli bilinən Dağlar Kərimov polis əməkdaşları tərəfindən saxlanılıb.

Bütün faktlar üzrə araşdırma aparılır.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər