Tovuz rayonunda törədilən qətl hadisəsi ilə bağlı yeni məlumat var.
Fevral ayının 24-də rayonun Mərdan Musayev küçəsində yerləşən evdə meyitləri tapılan ər-arvad Fərman Məmmədovun və Pakizə Mirzəyevanın qətlində şübhəli bilinən bir neçə nəfərin ifadəsi alınıb. Qətl olayında şübhəli bilinənlər arasında Ruhiyə adlı gənc qadın da var. Qadının Fərman Məmmədovun yaxın qohumu olduğu deyilir. Şübhəli şəxs kimi saxlanılan digər iki şəxsdən birinin Fərman Məmmədovun oğlunun dostu olduğu, digərinin isə “Krokodil” ləqəbli xalça alverçisi olduğu deyilir. Başqa bir şübhəlinin isə Şəmkir rayon sakini olduğu bildirilir.
Baş Prokurorluğun mətbuat xidmətindən bildirilib ki, bu haqda istintaqda heç bir məlumat yoxdur.
Xatırladaq ki, Pakizə Mirzəyeva AFFA-nın sabiq prezidenti mərhum Ramiz Mirzəyevin bacısıdır./Musavat.com/