9 Mart 2018 11:07
1 996
12 Punto 14 Punto 16 Punto 18 Punto

Narkotik vasitələrin qanunsuz dövriyyəsi və xuliqanlıqda təqsirləndirilən Anar Məhərrəmovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Zeynal Ağayevin sədrliyi ilə baş tutan prosesdə prokuror ittiham nitqi ilə çıxış edib.

Prokuror Anar Məhərrəmova 9 il cəza istəyib. Növbəti proses martın 16-da davam edəcək.

İttihama görə, Anar Məhərrəmov istintaqa məlum olmayan bir qrup şəxslə Səbail rayonu ərazisində yerləşən “Night Office” gecə klubunda Kamran Hüseynovu onunla birlikdə olan qıza sataşdığını əsas gətirərək döyüb. Kamran Hüseynov müxtəlif dərəcəli bədən xəsarəti alıb.

Anar Məhərrəmovun üzrərinə baxış zamanı narkotik vasitə də aşkar edilib.

Anar Məhərrəmov kriminal aləmdə “Polojeniya Anar” ləqəbi ilə tanınıb.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər