Qəbələ rayonunda quldurluq hadisəsi baş verib.
Teleqraf.com-un məlumatına görə, martın 6-da, saat 5 radələrində rayonunun Nohurqışlaq kəndindəki kafelərin birində Samit adlı şəxs Vəndam qəsəbə sakini İnqilab Paşayevə zor tətbiq edib, onun 850 manatını alıb.
Zərərçəkmiş baş verən hadisə ilə bağlı Qəbələ rayon polis şöbəsinə müraciət edib.
Əməliyyat tədbirləri nəticəsində Samit Abdurəhmanov saxlanılıb. Ondan 119,6 qram marixuana götürülüb.
İstintaq araşdırması zamanı Samit Abdurəhmanovun əvvəllər də məhkum olunduğu üzə çıxıb.
Faktla bağlı cinayət işi başlanıb.