Lənkəran şəhərində quldurluq hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, bir qrup şəxs şəhər sakini Mirməhəmməd Rzazadəni döyüb, sonra əl-ayağını iplə bağlayıblar.
Daha sonra Mirməhəmməd Rzazadənin 25 manatını, mobil telefonu və evinin açarlarını götürərək hadisə yerindən qaçıblar.
Əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən Lerik rayon sakinləri Şövqi Rəhimli, Mətləb Məhərrəmov və Coşqun Həmidov saxlanılıblar.