12 Mart 2018 22:58
723
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yevlax rayonunda quldurluq baş verib.

Teleqraf.com xəbər verir ki, martın 10-da rayon sakini Məhərrəm Qasımovun idarə etdiyi “VAZ-21011” markalı avtomobilinə sərnişin qismində oturmuş naməlum şəxslər onu döyüb, sonra da avtomobildən düşürüblər.

Həmin şəxslər avtomobillə hadisə yerini tərk ediblər.

Yevlax rayon polis şöbəsi əməkdaşlarının əməliyyat-axtarış tədbirləri nəticəsində avtomobil həmin gün şəhər ərazisində daş hasara vurulmuş vəziyyətdə tapılıb.

Hadisəni törətməkdə şübhəli bilinən Emin İsmayılov və Əli Bayramov saxlanılıblar.

Faktla bağlı araşdırma aparılır.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər