Bakının Binəqədi rayonunda quldurluq baş verib.
Teleqraf.com xəbər verir ki, Biləcəri qəsəbəsində naməlum şəxs Bakı şəhər sakini Elmira Quliyevanı özündə olan bıçaqla hədələyib.
Həmin şəxs qadına zorakılıq göstərərək, mobil telefonunu alıb.
6-cı polis bölməsi əməkdaşlarının əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən paytaxt sakini, əvvəllər məhkum olunmuş Əziz Paşayev saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.