17 Mart 2018 23:12
1 262
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı Metropolitenində soyğunçuluq hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, Lerik rayon sakini olan bir nəfər Bakı Baş Polis İdarəsinin metropolitendə polis şöbəsinə müraciət edib.

O, metronun “28 May” stansiyasında qatarda cibindən “Samsung Galaxy S6” markalı mobil telefonunun oğurlandığını bildirib.

Metropolitendə polis şöbəsi əməkdaşlarının əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən şəxs müəyyən edilərək saxlanılıb.

Araşdırmalarla onun Şirvan şəhər sakini, əvvəllər məhkum olunmuş Valeh Nəcəfov olduğu müəyyən edilib.

Faktla bağlı cinayət işi başlanıb.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər