21 Mart 2018 13:51
1 013
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gəncə şəhərində bıçaqlanma hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, 1979-cu il təvəllüdlü şəhər sakini Ayaz Mehdiyev Səfəvilər küçəsində tanımadığı şəxs tərəfindən bıçaqlanıb.

Yaralı xəstəxanaya yerləşdirilib, onun vəziyyətinin orta-ağır olduğu bildirilib. İlkin məlumata görə, hadisə mübahisə zəminində baş verib.

Ayaz Mehdiyev küçədə duranda tanımadığı şəxs onun yanından keçərkən ona baxıb. Ayaz Mehdiyev ondan: "Mənə niyə tərs-tərs baxırsan?" deyə soruşub. Bundan sonra mübahisə yaranıb. Ayaz Mehdiyev həmin şəxsə yumruq zərbəsi vurub. Bu zaman hələlik kimliyi bilinməyən şəxs Ayaz Mehdiyevi bıçaqlayıb və hadisə yerindən qaçıb.

Hazırda polis hadisəni törədən şəxsin saxlanılması istiqamətində əməliyyat-axtarış tədbirləri aparır.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər