Bakının Binəqədi rayonunda quldurluq hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, Biləcəri qəsəbəsində aptekə gəlmiş naməlum şəxs orada işləyən qəsəbə sakini Xatirə Nəcəfovanı bıçaqla hədələyib və kassadan 165 manat aparıb.
6-cı polis bölməsi əməkdaşlarının əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Aygün Əliyeva saxlanılıb.
Faktla bağlı cinayət işi başlanıb.