Bakının Nəsimi rayonunda soyğunçuluq hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, Moskva prospektində naməlum şəxs Bakı şəhər sakini Fəhruz Fəhruzzadəyə zor tətbiq edib içərisində 121 manatı olan pulqabısını alıb.
19-cu polis bölməsi əməkdaşlarının əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən paytaxt sakini, əvvəllər məhkum olunmuş Ceyhun Bayramlı saxlanılıb.