Bərdə rayonunda ötən il baş verən cinayətin üstü açılıb.
Teleqraf.com xəbər verir ki, ötən ilin dekabrında Bərdə rayon sakini Vahid Xanməmmədov evindən 5 min manat oğurluq edilməsi barədə polisə şikayət edib.
Əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Bərdə rayon sakini Vüqar İbrahimov və Tərtər rayon sakini Vüqar Baxşəliyev saxlanılıblar.
İstintaq-əməliyyat tədbirləri ilə onların digər cinayətinin də üstü açılıb.
Bu ilin fevralında onların Bərdədə Məzahir Cəfərovun evindən 22230 manat pul oğurladıqları müəyyən olunub.
Dindirilmə zamanı hər iki şəxs törətdikləri cinayət əməlini etiraf edib.