Bakının Nizami rayonunda oğurluq baş verib.
Teleqraf.com xəbər verir ki, rayon ərazisində Bakı şəhər sakini Cavid Abbasovun cibindən 900 manat oğurlanıb.
23-cü polis bölməsi əməkdaşlarının əməliyyat tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən paytaxt sakini Elvin Misirov saxlanılıb.
Onun analoji cinayətlər törətməsi istisna olunmur.
Faktla bağlı Cinayət Məcəlləsinin 177-ci (oğurluq) maddəsi ilə cinayət işi başlanıb.