27 Mart 2018 15:32
816
12 Punto 14 Punto 16 Punto 18 Punto

1969-cu il təvəllüdlü İran vətəndaşı Gonbari Albari Ahad Abbas oğlunun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar İsmayılovun sədrliyi ilə baş tutan prosesdə hökm oxunub.

Gonbari Albari 9 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Prokuror Gonbari Albariyə 10 il 6 ay cəza istəmişdi.

İttihama görə, Gonbari Albari İrandan Azərbaycana psixotrop maddə gətirib. O, həm psixotrop maddənin satışında, həm də istifadəsində təqsirli bilinib.

Gonbari Albari məhkəmədə özünü qismən təqsirli bilib. Qeyd edib ki, psixotrop maddənin istifadəçisi olub, amma satış məqsədilə əldə etməyib.

Gonbari Albarinin sözlərinə görə, üzərindən aşkar edilən maddə İranda apteklərdə açıq şəkildə satışdadır və dərman kimi istifadə olunur: “Həmin dərmanın Azərbaycanda psixotrop maddələr siyahısında olduğundan məlumatım yox idi”.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər