Azərbaycanda 5 nəfər çayda batıb.
Teleqraf.com-un məlumatına görə, bədbəxt hadisə Şəmkirdə Kür qırağında yerləşən “Narınqala” istirahət mərkəzində baş verib.
İstirahət mərkəzinə dincəlməyə gələn 5 nəfər çimmək üçün caya girib. Suyun axınına tab gətirməyən insanların hamısı batıb.
FHN-in Dövlət Sularda Xilasetmə Xidmətinin Aran Dalğıc-Axtarış Qrupu hadisə yerinə gəlib və beş nəfərin cəsədi sudan çıxarılıb.
Hazırda həlak olan insanların kimliyi araşdırılır.
Hadisə haqda əlavə məlumat olan kimi xəbər veriləcək.