Bakının Suraxanı rayonunda oğurluq hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, Suraxanı rayon Polis İdarəsi 31-ci polis bölməsinə Yeni Suraxanı qəsəbəsi ərazisindəki evlərin birinin həyətindəki saxlanc yerindən fevral ayının 27-dən mart ayının 9-dək olan müddətdə 90 dəst məktəbli forması və 500 eynəyin oğurlanması barədə müraciət daxil olub.
Əməliyyat-axtarış tədbirləri ilə oğurluğu törətməkdə şübhəli bilinən şəxs polis əməkdaşları tərəfindən müəyyən edilərək saxlanılıb.
Araşdırmalarla onun Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Şəmsi Şıxəliyev olduğu müəyyən edilib.
Polis əməkdaşları tərəfindən 25 ədəd məktəbli forması və bir neçə ədəd eynək maddi sübut kimi götürülüb.