Bakının Nərimanov rayonunda bıçaqlanma hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, rayonu ərazisindən Bakı şəhər sakini Vasif Məhəmmədov naməlum şəxslərlə mübahisə edib.
Mübahisə zamanı Vasif Məhəmmədov həmin şəxslər tərəfindən bıçaqlanıb. Çoxsaylı bıçaq xəsarəti alan Vasif Məhəmmədov xəstəxaya yerləşdirilib.
Vaxtında tibbi yardım göstərildiyi üçün onun həyatını xilas etmək mümkün olub.
Əməliyyat-axtarış tədbirləri ilə cinayəti törətməkdə şübhəli bilinən 4 nəfər qısa müddətdə müəyyən edilərək saxlanılıb.
Araşdırmalarla onların Bakı şəhər sakini Əli Muradov, Saatlı rayon sakini Sahil Əzizov, Cəlilabad rayon sakinləri Nicat Muradov və İlkin Kərimov olduqları müəyyən edilib.
Faktla bağlı Nərimanov rayon Prokurorluğnda Cinayət Məcəlləsinin 29,120-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb.