Bakının Yasamal rayonunda şirkətlərdən birindən oğurluq edilib.
Teleqraf.com xəbər verir ki, rayon ərazisindəki şirkətlərdən birinin təmir sahəsindən 10 kvadratmetr daş üzlük, 3 həyətyanı sahədən, 2 avtomobildən akkumulyator və məişət əşyaları oğurlanıb.
26-cı polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Namiq Cəfərov saxlanılıb.