Şirvan şəhərində oğurluq hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, şəhər ərazisindəki mağazaların birindən 600 manat pul oğurlanıb.
Mağaza sahibi baş verən oğurluq hadisəsi barədə Şirvan şəhər polis şöbəsinə müraciət edib.
Polis əməkdaşları tərəfindən oğurluğu törətməkdə şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş Nizam Məmmədov saxlanılıb.