2 Aprel 2018 09:11
667
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ucar rayonunda oğurluq hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, rayonun mərkəzində yerləşən Alim Məmmədov məxsus ərzaq mağazasından 8 min manatlıq oğurluq edilib.

Bundan əvvəl də Alim Məmmədova məxsus mağazadan oğurluq edilib. Birinci oğurluq hadisəsi ötən ilin sonlarında baş verib.

Hazırda Ucar polisi oğurluq hadisəsini törədən şəxslərin müəyyən edilərək tutulması üçün əməliyyat tədbirləri keçirir.

Faktla bağlı cinayət işi başlanıb.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər