Bakıda vətəndaşın etibarından sui-istifadə edərək pulunu mənimsəyən şəxs tutulub.
Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, Binəqədi Rayon Polis İdarəsi 7-ci Polis Bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində dələduzluqda şübhəli bilinən Bakı şəhər sakini Murad Abbasov tutulub.
Məlum olub ki, o, martın 10-da M.Cəlal küçəsində Bakı şəhər sakini Mehman Gözəlovun etibarından sui-istifadə edərək onun 6 min ABŞ dollar pulunu alıb qaytarmayıb.
Faktla bağlı araşdırma aparılır.