Bakının Nəsimi rayonunda soyğunçuluq hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, rayonun M.Cəfərov küçəsində naməlum şəxs Bakı şəhər sakini Məhbubə Əliquliyevaya zor tətbiq edib, onun qulağındakı qızıl sırğanın qoparıb.
Zərərçəkmiş baş verən soyğunçuluq hadisəsi ilə bağlı Daxili İşlər Nazirliyinin “102 Zəng Mərkəzi” xidmətinə müraciət edib.
Polis əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən Göyçay rayon sakini, əvvəllər məhkum olunmuş İftixar Əzizov tutulub.
Onun Bakı şəhər sakini olan Günel Məmmədovaya da eyni cinayəti törətdiyi müəyyən edilib.
Faktlarla bağlı cinayət işi başlanıb.