4 Aprel 2018 16:15
1 007
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Elçin Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mirzə Xankişiyevin sədrliyi ilə baş tutan prosesdə prokuror Fəhmin Hümbətov çıxış edib.

O, təqsirləndirilən şəxsin cinayətinin məhkəmə istinaqında sübuta yetirildiyini deyib, Elçin Məmmədovun 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini təklif edib.

Məhkəmə hökmü elan edib. Elçin Məmmədov 6 il müddətinə azadlıqdan məhrum edilib.

İttihama görə, 2016-cı ilin noyabrında Qaradağ rayonu ərazisində Rasim Abıyevin idarə etdiyi “Mercedes Benz - C180” markalı avtomobillə hərəkətdə olarkən Elçin Məmmədovun idarə etdiyi “Nissan Sunny” markalı avtomobillə toqquşub.

Nəticədə “Nissan Sunny” markalı avtomobildə olan sərnişinlər - Birləşmiş Ərəb Əmirliyi vətəndaşları - Suhail Saeed Rashed Saeed Almeqbal və Lamees Ziad Mahmoud Jbarah aldığı xəsarətlərdən hadisə yerində keçinib.

Baş verən hadisədə təqsirli bilinən Elçin Məmmədov həbs edilib.

Onun taksi sürücüsü kimi fəaliyyət göstərdiyi məlum olub.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər