4 Aprel 2018 23:17
1 518
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qəbələdə itkin düşmüş şəxsin arvadı tərəfindən öldürüldüyü məlum olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, Qəbələ rayonunun Tikanlı kənd sakini Dursun Rəfiyevin itkin düşməsi faktı ilə əlaqədar rayon polis şöbəsi və prokurorluğu tərəfindən əməliyyat keçirilib.

İstintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyən edilib ki, martın 25-də Dursun Rəfiyevlə arvadı Vüsalə Məmmədşərifova arasında münaqişə baş verib. Bu zaman Vüsalə Məmmədşərifova ərinin qardaşı Vüsal ilə birgə daşla onu vurublar.

Vüsalə Məmmədşərifova daha sonra Vüsal ilə birlikdə Dursunun cəsədini həyətdəki sanitar qovşağına atıblar.

Görülmüş tədbirlərlə Dursun Rəfiyevin meyiti oradan çıxarılıb.

Vüsalə Məmmədşərifova və Vüsal Rəfiyev polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı cinayət işi başlanıb.

***

Mərhumun atası Ağaməmməd Rəfiyev ARB TV-yə açıqlamasında gəlinin ona yalan danışdığını bildirib: “Gəlinim mənə dedi ki, Dursun Mingəçevirə işləməyə gedib. Gedib Mingəçevirdə işləyənlərdən soruşdum, dedilər ki, yoxdu burada. Gəldim evə”.

Əfruz Rəfiyeva- Mərhumun bibisi: “Bilirdik itib, amma həyətdə basdırıldığını bilmirdik. Polislər həyətdə uşağı axtarırdılar. 5 dəqiqə keçmədi ki, meyiti tapdılar”.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər