Bakının Sabunçu rayonunda mağazalardan birinə basqın edilib.
Teleqraf.com xəbər verir ki, rayonun Məhəmmədi qəsəbəsində mağazaya 4 maskalı şəxs gəlib. Əlində bıçaq və kəsici alətlərlə mağaza sahibini hədələyərək 3 min manat alıblar.
Cinayəti törədənlər hadisə yerindən qaçandan sonra mağaza sahibi hadisə ilə bağlı 15-ci polis bölməsinə müraciət edib.
Keçirilən əməliyyat nəticəsində cinayəti törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri Cavanşir Şirinov, Həmid Allahverdiyev, Murad Əliyev və Ceyhun İsmayılov tutulub.
İstintaq araşdırması zamanı Ceyhun İsmayılovun əvvəllər məhkum olunduğu üzə çıxıb.
Faktla bağlı Cinayət Məcəlləsinin 181-ci (quldurluq) maddəsi ilə cinayət işi başlanıb.