Bakıda ağır cinayətlər törətməkdə təqsirli bilinən 1996-cı il təvəllüdlü Kamil Əliyev, 1995-ci il təvəllüdlü Asib Kambarov, 1997-ci il təvəllüdlü Kamran Süleymanov, 1995-ci il təvəllüdlü Rəşad Əhmədzadə və 1995-ci il təvəllüdlü Orxan Əliyevin cinayət işi üzrə məhkəmə prosesi başlanıb.
Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Novruz Kərimovun sədrliyi ilə baş tutan prosesdə prokuror ittiham aktını elan edib.
İttihama görə, təqsirləndirilən şəxslər Xətai rayonu ərazisində yerləşən Ailə TV şirkətinin inzibati binasına daxil olaraq gözətçi Hüseyn Dünyamalıyevə bıçaqla hədə-qorxu gəliblər.
Onlar şirkətin seyfində olan 3600 manat məbləğində pulu quldurluq yolu ilə ələ keçirib hadisə yerindən qaçıblar.
Bundan başqa, təqsirləndirilən şəxslər Nizami rayonu ərzasində lombarda daxil olaraq orada işləyənlərə hədə-qorxu gələrək 1250 manat pulu ələ keçiriblər.
Asib Kambarov elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. O biıdirib ki, işdə adı keçən digər təqsirləndirilən şəxslərdən birindən oğurluq telefon alıb. Amma telefonun oğurluq oldiğunu bilməyib.
Digər təqsirləndirilən Kamran Süleymanov ifadəsibdə Ailə TV-yə basqın etdiklərini etiraf edib. Bildirib ki, hadisədən əvvəl Ailə TV-nin ofisinin qapısını döyərək içməyə su istəyib. Gözətçi qapından onu içəri buraxandan sonra Kamil içəri girib. O qeyd edib ki, şirkətin gözətçisinin əl-qolunu bağlayandan sonra seyfdən pulu Kamran götürüb. Bu işi dostu Kamilin ehtiyacı üçün edib: "Kamil dedi ki, "Topaz"a 20 min borcu var. Qaytarmağa pis söyüş söyüb. Dostum olduğu üçün razılaşdım. Mənim heç kimə borcum olmayıb. Asibə zəng elədik ki, gizlənməyə ev axtarırıq".
Növbəti proses aprelin 9-da davam edəcək.