Xırdalan şəhərində bıçaqlanma baş verib.
Teleqraf.com xəbər verir ki, şəhər sakini, 1991-ci il təvəllüdlü Dəyanət Kərimlinin tanışı ilə mübahisəsi əlbəyaxa davaya çevrilib.
Dava zamanı Dəyanət Kərimli bıçaqlanıb.
Bədəninin müxtəlif nahiyələrindən bıçaqlanan yaralı ağır vəziyyətdə 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.
Onun həyatını xilas etmək mümkün olub.
Faktla bağlı Cinayət Məcəlləsinin 126.1-ci (sağlamlığa ağır xəsarət yetirmə) maddəsi ilə cinayət işi başlanıb.