Sumqayıt şəhərində bıçaqlanma hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, şəhərin 21-ci məhəlləsində 1998-ci il təvəllüdlü Süleyman Abdullayev bıçaqlanıb.
Yaralı xəstəxanaya yerləşdirilib. Ona tibbi yardım göstərilib, vəziyyətinin orta-ağır olduğu bildirilir.
Məlum olub ki, Süleyman Abdullayevi qayınının əmisi oğlu, 43 yaşlı Aqil Abdullayev bıçaqlayıb.
Məlumata görə, hadisə namus üstündə baş verib.
Yeni nişanlanan Süleyman Abdullayev Aqil Abdullayevin yaxın qohumuna söz atıb.
Bu səbəbdən də bıçaqlanma olayı baş verib.
Faktla bağlı cinayət işi başlanıb.