Bakının Yasamal rayonunda soyğunçuluq hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, rayonun A.Şərifzadə küçəsində naməlum şəxs bir qadına qarşı zor tətbiq edib, onun mobil telefonunu əlindən alıb.
Cinayəti törədən şəxs daha sonra hadisə yerindən qaçıb.
Zərərçəkmiş baş verən soyğunçuluq hadisəsi ilə bağlı 28-ci polis bölməsinə müraciət edib.
Polis əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən paytaxt sakini, əvvəllər məhkum olunmuş Pərvin Aslanov saxlanılıb.
Faktlarla bağlı cinayət işi başlanıb.