7 Aprel 2018 19:42
799
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Binəqədi rayonunda quldurluq baş verib.

Teleqraf.com xəbər verir ki, aprelin 5-də axşam saatlarında rayonun S.S.Axundov küçəsində Bakı sakini İlqar Həsənovun qarşısını üç nəfər naməlum şəxs kəsib.

Həmin şəxslər bıçaq və elektroşokla hədə-qorxu gəlib onun mobil telefonunu alıblar. Daha sonra telefonun geri qaytarılması müqabilində 100 manat pul tələb ediblər. İlqar Həsənov pulu verə bilmədiyindən həmin şəxslər telefonu götürərək aradan çıxıblar.

Zərərçəkmiş Binəqədi rayon Polis İdarəsinin 5-ci polis bölməsinə müraciət edib.

Əməliyyat-axtarış tədbirləri ilə cinayəti törətməkdə şübhəli bilinən şəxslər “isti izlər”lə saxlanılıblar.

Araşdırmalarla onların Lənkəran şəhər sakini Layiq Fərəcli, Şirvan şəhər sakinləri Oqtay Mursalıyev və Şəhriyar Nərimanov olduğu müəyyən edilib. İstintaq araşdırması zamanı Şəhriyar Nərimanovun əvvəllər məhkum olunduğu üzə çıxıb.

Faktla bağlı cinayət işi başlanıb.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər