9 Aprel 2018 12:20
2 273
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kriminal aləmdə Emin Naxçıvanski kimi tanınan Emin Qasımovun işi üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, Bakı Apelyasiya Məhkəməsində baş tutan prosesdə qərar elan edilib.

Qərara görə, Nərimanov rayon Məhkəməsinin hökmü dəyişidirilib.

Yeni hökmə əsasən, Emin Qasımovun barəsində təyin edilmiş 2 il müddətinə azadlıqdan məhrum etmə cəzası 1 ilə endirilib.

Emin Qasımov Cinayət Məcəlləsinin 228-ci (qanunsuz olaraq soyuq silah saxlama) maddəsi ilə təqsirli bilinib.

Emin Qasımov dəfələrlə məhkumluq həyatı yaşayıb.

Onun qanuni oğru, mərhum Rövşən Lənkaranskinin silahdaşı Hacı Beyləqanski ilə yaxın münasibətdə olduğu bildirilir.

Həmçinin Emin Qasımovun qardaşı Elnur Qasımov da kriminal aləmdə “Qardaşoğlu” ləqəbi ilə tanınır. O, da bir müddət əvvəl həbsdən azadlığa çıxıb.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər