Dünən Türkiyədə 59 yaşlı “qanuni oğru”, kriminal aləmdə “Giya Kutaiski” ləqəbi ilə tanınan Qayoz Zviadadze öldürülüb.
Hadisə Antalya vilayətinin Kəmər rayonunda baş verib.
Onun yanında olan 27 yaşlı övladının isə ayağından yaralandığı bildirilir.
İlkin versiyaya görə, Zviadadzenin qətlinin səbəbi “Nodar Rustavski” kimi məşhur olan kriminal avtoritet Nodar Asoyan ilə münaqişə olub. Onlar Rusiyanın Rostov vilayətində təsir sahələrinin bölüşdürülməsi uğrunda mübarizə aparırdılar.
“Giya Kutaiski” oğru ənənələrinin ciddi tərəfdarı və öz nəslinin ən parlaq nümayəndələrinin biri kimi “köhnə məktəb”in şagirdi hesab edilirdi. Son zamanlar oğru qruplaşmaları arasında gedən qarşıdurmaların qurbanı olan avtoritetlərdən fərqli olaraq, Zviadadzenin reputasiyasına zərər dəyməmişdir.
Həmçinin onun azərbaycanlı kriminal avtoritet “Lotu Quli”nin (Nadir Səlifov) yaxın adamı olduğu deyilir. Məlumata görə, yanvarın sonunda “Quli”nin İstanbuldakı iqamətgahında təşkil edilən “sxodka”sını da məhz “Giya Kutaiski” idarə edib./Publika.az/