9 Aprel 2018 13:19
1 181
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xalq artistləri - Məleykə Əsədova və Ramiz Məlikin bir-birilərinə qarşı iddiaları üzrə məhkəmə qərarından verilən apelyasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib.

Teleqraf.com xəbər verir ki, bu gün Bakı Apelyasiya Məhkəməsində Etibar Nəbiyevin sədrliyi ilə baş tutan prosesdə tərəflərin apelyasiya şikayətlərinin dəlilləri araşdırılıb.

Növbəti proses aprelin 30-na təyin edilib.

Məleykə Əsədova həmkarı Ramiz Məlikin onun şərəf və ləyaqətini təhqir etdiyini iddia edib.

O, Nəsimi Rayon Məhkəməsinə müraciət edib və Ramiz Məliklinin 200 min manat məbləğində təzminat ödəməsini tələb edib.

Ramiz Məlikin vəkili Türkel Süleymanlı da məhkəmədə qarşılıqlı iddia qaldırıb. O, Məleykə Əsədovanın müvəkkilini təhqir etdiyini və buna görə 300 min manatlıq iddia qaldırıb.

Nəsimi Rayon Məhkəməsinin qərarına əsasən, hər iki iddia təmin edilməyib.

Qərardan narazı qalan hər iki tərəf apelyasiya şikayəti verib.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər