12 Aprel 2018 19:25
757
12 Punto 14 Punto 16 Punto 18 Punto

Abşeron rayonunda yaşayış evlərindən birinə maskalı basqın olub.

Teleqraf.com xəbər verir ki, Güzdək qəsəbə sakini Mələk Məhərrəmovanın evinə iki nəfər üzündə maska olan şəxs girib.

Onlar evin həyətində Mələk Məhərrəmova ilə rastlaşıblar. Yeniyetmə olan hər iki şəxs ev sahibini görən zaman ona bıçaqla hücum çəkiblər. Qadını hədələyərək pul tələb ediblər.

Ev sahibinin səs-küy salması nəticəsində quldurlar istəklərinə nail ola bilməyiblər, qaçıb aradan çıxıblar.

Mələk Məhərrəmova Abşeron rayon Polis İdarəsinə müraciət edib.

Polis əməkdaşlarının əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən, qəsəbə sakinləri olan 2 yeniyetmə saxlanılıb.

Faktla bağlı Cinayət Məcəlləsinin 181-ci (quldurluq) maddəsi ilə cinayət işi başlanıb.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər